İşini bitir, vaxtını gör.

Goalkite komandalar üçün pulsuz tapşırıq izləmə tətbiqidir. İşləri birlikdə payla, görüşləri planla, kimin nəyə nə qədər vaxt sərf etdiyini gör.

Bank kartı tələb olunmur. Veb, Windows, Mac və Android.

Goalkite-dan bir ekran

Goalkite lövhə görünüşü: Gözləyən, Ediləcək, İcrada, Yoxlamada və Bitdi sütunlarında tapşırıqlar, iştirakçılar, görüşlər və işləyən saniyəölçən

Kim götürüb, nə vaxt bitəcək, neçə addım qalıb, indi kim işləyir: hamısı bir baxışda.

Üç addımda başla

  1. Hesabını aç

    E-poçtun və bir şifrə ilə. Sənə şəxsi sahə və komanda sahəsi hazırlanır.

  2. Komandanı dəvət et

    Ayarlardan dəvət linkini kopyala, komandana göndər. Linkə klikləyən avtomatik olaraq komandana qoşulur.

  3. İlk işini əlavə et

    Bir tapşırıq yaz və ya görüş planla. Saniyəölçən, bildirişlər və təqvim dərhal işləyir.

Pulsuz başlaNecə istifadə olunur?

Komanda birlikdə işləyir, heç nə gözdən qaçmır

Tapşırığı açan, götürən, şərh yazan hamı eyni yerdədir. Kimin nə ilə məşğul olduğunu, nəyin nə vaxt bitəcəyini soruşmağa ehtiyac qalmır.

Görüşlər, saatı və linki ilə

Tapşırığı görüşə çevir: saatını, Google Meet, Zoom və ya Teams linkini və iştirakçıları əlavə et. 10 dəqiqə qalmış hamıya bildiriş gedir; Qoşul düyməsinə toxunan görüşə daxil olur. Gündəm və qərarlar eyni yerdə qalır.

Bir işi bir neçə nəfərə tapşır

Bir işi iki-üç nəfər birlikdə görürsə, hamısını təyin et. Təyin olunan hər kəs tapşırığı öz siyahısında görür, şərhlərdən və son tarixdən xəbərdar olur.

Tapşırığın altında danış, @ ilə çağır

Hər tapşırığın altında şərhlər və dəyişiklik tarixçəsi var. @ yaz və komanda yoldaşını seç; ona dərhal bildiriş gedir, telefonu kilidli olsa belə.

Təqvimdə planla, sürüşdürərək dəyiş

Tarixli tapşırıqlar, görüşlər və rutinlər ay görünüşündə. Tapşırığı başqa günə sürüşdür; komandada hər kəs eyni planı görür.

Vaxt izləmə

Tapşırığı "İcrada"ya keçirəndə saniyəölçən başlayır; telefonda başladıb kompüterdə dayandıra bilərsən. Layihələrə gündəlik vaxt hədəfi qoy.

Rutinlər

Hər gün, iş günləri, həftənin müəyyən günləri və ya hər ayın 15-i. Rutin yalnız günü gələndə qarşına çıxır.

Ağıllı bildirişlər

Ardıcıl gələn şərhlər bir bildirişdə toplanır; istəmədiyin növü bir toxunuşla söndürürsən.

İnternetsiz də işləyir

İnternet kəsiləndə dəyişikliklər gözlədilir, bağlantı gələndə avtomatik göndərilir.

Keçid asandır

Tapşırıqlarını Jira, Linear, Asana, ClickUp, Notion və ya CSV-dən idxal et.

Dörd dildə

İnterfeys, bildirişlər, tarix və saatlar Azərbaycan, ingilis, türk və ya rus dilində; hər kəs öz dilini seçir. Açıq və tünd mövzu.

Kompüterdə və telefonda eyni

Kompüterdə açdığın görüş telefonunda da hazırdır. Vaxt gələndə Qoşul düyməsinə toxun; gündəm və qeydlər yanındadır.

Goalkite görüş paneli: hər bazar ertəsi 14:00-da 45 dəqiqəlik dizayn görüşü, Google Meet linki, dörd iştirakçı, 10 dəqiqə əvvəl xatırlatma və gündəm maddələri
Telefonda Goalkite: görüşün Qoşul düyməsi, iştirakçıları, saatı və gündəmi
Goalkite təqvimi: ay görünüşündə saatları ilə görüşlər, seçilmiş günün gündəmi və tarixsiz tapşırıqlar
Brauzer Windows Mac Android və iPhone (ana ekrana əlavə et)

Yükləmə seçimlərinə bax

Kimin üçün

Komandalar və agentliklər

Müştəri işlərini ayrı layihələrdə saxla, tapşırıqları komanda yoldaşlarına təyin et, həftəlik görüşləri və qərarları bir yerdə topla. Kimin nəyə nə qədər vaxt sərf etdiyi vaxt qeydlərində görünür.

Frilanserlər

Hər iş üçün sərf etdiyin vaxtı qeyd et, son tarixləri qaçırma, müştəri görüşlərini saatı və linki ilə planla. Telefonda başlatdığın saniyəölçən kompüterdə davam edir.

Şəxsi hədəflər

Oxumaq, idman və ya dil öyrənmək kimi rutinlərini qur; Goalkite neçə gün ardıcıl etdiyini sayır. Şəxsi sahəni yalnız sən görürsən.

Qiymətlər

Goalkite hazırda hamı üçün pulsuzdur. Böyüyən komandalar üçün Pro tezliklə gəlir.

Pulsuz

0 ₼həmişə
  • Limitsiz layihə, tapşırıq və rutin
  • Komanda, şərhlər, @qeydlər və bildirişlər
  • Vaxt izləmə və təqvim
  • Veb, Windows, Mac və Android
  • Öz açarınla süni intellekt köməkçisi
Pulsuz başla

Pro

Tezliklə
  • Komanda və vaxt hesabatları, ixrac
  • Görüş qeydindən avtomatik tapşırıq
  • Açar tələb etməyən süni intellekt
  • Prioritet dəstək

Pro çıxanda pulsuz hesabındakı hər şey yerində qalır.

Tez-tez verilən suallar

Goalkite həqiqətən pulsuzdur?

Bəli. Bu gün bütün imkanlar pulsuzdur və bank kartı istəmirik. Gələcək Pro planı hesabatlar və süni intellekt kimi əlavə imkanlar gətirəcək; pulsuz plandakı imkanlar pulsuz qalacaq.

Quraşdırmaq lazımdır?

Xeyr. app.goalkite.com ünvanında brauzerdə istifadə edə bilərsən. Telefonunda ana ekrana əlavə etsən, tətbiq kimi açılır. İstəsən Windows, Mac və ya Android tətbiqini də yükləyə bilərsən.

Görüşləri necə izləyim?

Tapşırıq əlavə edəndə Görüş seçimini et; saatını, müddətini, Google Meet, Zoom və ya Teams linkini və iştirakçıları daxil et. Görüşə 10 dəqiqə qalmış iştirakçılara bildiriş gedir, Qoşul düyməsi görüşü açır. Qeydlərini və qərarları eyni yerdə saxlayırsan.

Bir tapşırığa bir neçə nəfər təyin etmək olar?

Bəli. Tapşırıqda İcraçı sahəsinə toxun və istədiyin qədər adamı işarələ. Təyin olunan hər kəs tapşırığı İşlərim bölməsində görür, bildirişləri və son tarix xatırlatmasını alır.

Komandamı necə dəvət edim?

Ayarlar → Üzvlər bölməsində dəvət linki yarat və paylaş. Linkə klikləyən şəxs hesab açır və avtomatik olaraq komandana qoşulur. İstəsən e-poçtla bir-bir də dəvət edə bilərsən.

Trello, Asana və ya Jira-dan keçə bilərəm?

Bəli. Tapşırıqlarını statusları, prioritetləri və icraçıları ilə birlikdə Jira, Linear, Asana, ClickUp, Notion və ya CSV-dən idxal edə bilərsən.

Məlumatlarım haradadır, kim görə bilər?

Məlumatların hesabında, təhlükəsiz verilənlər bazasında saxlanılır. Şəxsi sahəndəki işləri yalnız sən, komanda sahəsindəkiləri yalnız komanda üzvləri görür; gizli layihələri isə yalnız əlavə etdiyin şəxslər. Ətraflı məlumat məxfilik siyasətimizdədir.

İnternet olmayanda işləyir?

İşləyir. Dəyişikliklərin cihazında gözlədilir, bağlantı gələndə avtomatik göndərilir.

İlk layihəni bu gün başlat.